Yüzlərlə Google əməkdaşı rəhbərlikdən şirkətin süni intellekt texnologiyalarının Pentagon tərəfindən məxfi işlərdə istifadəsinə qadağa qoymağı tələb edib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin əldə etdiyi məktubda qeyd olunub. Məktub Sundar Piçaiyə ünvanlanıb.