Vaşinqton "ağıllı davranmaq istəyirsə", İranın müzakirələrdə irəli sürdüyü şərtləri qəbul etməlidir. Day.Az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzai ABŞ ilə aparılan danışıqlara dair sərt münasibət bildirərkən deyib.